Məhəmməd Salah Afrikanın 2017-ci ildə ən yaxşı futbolçusu seçilib
BBC Afrikada 2017-ci ilin ən yaxşı futbolçusunu seçib.

Bu ada “Liverpul” futbol klubunun yarımmüdafiəçisi Məhəmməd Salah layiq görülüb.

Telekanalın tamaşaçıları arasında keçirilən səsvermədə M.Salah Sadyo Maneni, Pyer-Emerik Obamenyanqı, Nabi Keyti və Viktor Mozesi arxada qoyub.

Afrikanın ən yaxşı oyunçusu mükafatı 2001-ci ildən təqdim olunur. Müxtəlif illərdə bu mükafata Yaya Ture, Didye Droqba və başqaları sahib olublar.

Xəbər 532 dəfə oxundu.