“Qarabağ”ın məşqçisi “Ludoqorets” klubunun akademiyasının fəaliyyəti ilə tanış olub
Ağdamın “Qarabağ” futbol klubunun məşqçisi Elçin Rəhmanov PRO məşqçilik kurslarının tələblərinə əsasən Bolqarıstana yollanıb.

Altıgünlük proqramda məşqçimiz Bolqarsıtanın “Levski” və “Ludoqorets” klublarının bazasında olacaq.

Məşqçi “Ludoqorets” klubunun akademiyasının fəaliyyəti ilə yaxından tanış olub, akademiyanın direktoru ilə görüşüb və fikir mübadiləsi aparıb.

Elçin Rəhmanov “Levski” klubunun məşqçilər heyəti, “Latsio” və “Fiorentina”nın sabiq baş məşqçisi, hazırda da Bolqarıstan klubunu çalışdıran Delio Rossi ilə görüşəcək. Komandanın 1 həftəlik hazırlıq prosesi ilə tanış olacaq.

Xəbər 536 dəfə oxundu.