Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab oyunlarının vaxtı müəyyənləşib
Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab oyunlarının vaxtı müəyyənləşib.

Cavab qarşılaşmalarına dekabrın 14-də start veriləcək. İlk oyun günündə “Kəpəz”–“Keşlə” və “Neftçi”–“Zirə” klubları üz-üzə gələcəklər.

Dekabrın 15-də isə “Səbail”–“Qəbələ” və “Sumqayıt”–“Qarabağ” komandaları qarşılaşacaqlar.

Xatırladaq ki, dörddəbir final mərhələsinin ilk oyunlarının nəticələri belə olub: “Keşlə”–“Kəpəz” - 2:0, “Zirə”–“Neftçi” - 1:0, “Qəbələ”–“Səbail” – 1:0, “Qarabağ”–“Sumqayıt” – 2:1.

Xəbər 557 dəfə oxundu.