Futbol üzrə “Region Liqası” turnirinin püşkü atılacaq
Dekabrın 13-də futbol üzrə “Region Liqası” turnirinin püşkü atılacaq.

Püşkatma mərasimi 3 şəhərdə - Sumqayıtda (“Kapital Bank Arena”), Sabirabadda (Gənclər Mərkəzi) və Oğuzda (Təhsil şöbəsi) keçiriləcək.

Liqanın oyunlarına dekabrın 16-da və 17-də start veriləcək.

Qeyd edək ki, “Region Liqası”nın oyunları 3 zona üzrə (paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb) keçiriləcək. Hər birində 4 və ya 5 iştirakçı olmaqla komandalar 2 qrupda mübarizə aparacaq. Bu mərhələ 4 dövrədən ibarət olacaq.

Hər zona üzrə qalibi müəyyənləşdirmək üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında pley-off qarşılaşması təşkil ediləcək. Qalib komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Yarımfinal mərhələsində 3 zonanın qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda iştirak edəcək. Qarşılaşmalar neytral meydanda keçiriləcək və bir oyundan ibarət olacaq. Final və üçüncü yer uğrunda oyun da neytral meydanda keçiriləcək.

Xəbər 561 dəfə oxundu.