UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb.

Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib.

Püşkün nəticəsi aşağıdakı kimidir:

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya) - PSJ (Fransa)

“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)

“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)

“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)

Qeyd edək ki, səkkizdəbir finalın ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları isə martın 6-7-də və 13-14-də təşkil olunacaq.

Xəbər 570 dəfə oxundu.