“Neftçi İdman Klubu”nun cüdoçusu beynəlxalq turnirdə fərqlənib
Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə VI beynəlxalq turnirə yekun vurulub.

Yeniyetmələr arasında keçirilən yarışda 39 komandanın tərkibində 563 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirə Azərbaycan idmançıları ilə yanaşı, Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin, eləcə də Ukraynanın yeniyetmə cüdoçuları qatılıblar.

“Neftçi İdman Klubu”nun təmsilçisi, 32 kiloqram çəki dərəcəsində mübarizə aparan Aydan Vəliyeva qızlar arasında keçirilən yarışda bürünc medala sahib olub.

Xəbər 725 dəfə oxundu.