“Sumqayıt”ın baş məşqçisi təcrübə məqsədilə Madrid “Atletiko”sunun düşərgəsinə yollanıb
“Sumqayıt” futbol klubunun baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyası üzrə məşqçi kurslarını uğurla başa vurması məqsədi ilə İspaniyaya yollanıb.

Məşqçi AFFA-nın dəstəyi ilə təcrübə proqramının növbəti mərhələsini dekabrın 17-dək Madrid “Atletiko”sunun düşərgəsində keçirəcək.

Bir həftə davam edəcək təcrübə proqramında Samir Abasov “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone ilə görüşəcək və komandanın hazırlıq prosesini izləyəcək.

Xəbər 578 dəfə oxundu.