Futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin oyunları keçirilib
Bugün futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinə start verilib.

Mərhələnin ilk oyunda "Keşlə" klubu "Kəpəz"i qəbul edib. Matçın 18-ci dəqiqədə Pərdis Fərcad hesabı açıb. Görüşün 41-ci dəqiqəsində Rəfael Məhərrəmli hesab arasındakı fərqi iki topa çatdırıb. Beləliklə, meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıblar.

Günün ikinci oyununda "Neftçi" "Zirə"nin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 86-cı dəqiqədə David Manqa vurub.

Dörddəbir final mərhələsinin növbəti oyunları dekabrın 11-də "Qəbələ" - "Səbail", "Qarabağ" - "Sumqayıt" klubları arasında keçiriləcək.

Xəbər 558 dəfə oxundu.