Ağır atletika yığmamıza yeni baş məşqçi təyin olunub
Dekabrın 8-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər və məşqçilər heyətinin iclası keçirilib.

İclasda AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, həmçinin yığma komandaların məşqçiləri və idmançı heyəti iştirak edib. Əsas məqsəd son bir ildə görülən işlərə qiymət verilməsi, yeni məşqçi heyətinin təyin və növbəti təlim-məşq toplanışlarına seçilmiş idmançıların müəyyən edilməsi olub.

İclasda vitse-prezident Tofiq Heydərov çıxış edib. O, ağır atletika üzrə yığma komandaların baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. Onun istefa ərizəsi qəbul edilib. AAAF-ın prezidenti Cahangir Əsgərovun qəbul etdiyi qərara əsasən, Asif Məmmədov yeni baş məşqçi təyin olunub.


Xəbər 1548 dəfə oxundu.