BƏG və BAG üzrə ölkə çempionatında ilk günün qalibləri müəyyənləşib
Milli Gimnastika Arenasında bədii gimnastika (BƏG) üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, batut gimnastikası (BAG) üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında ilk qaliblər müəyyənləşib.

Yarışların birinci günündə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarına daxil olan bədii və batut gimnastları medallar uğrunda mübarizə aparıblar.

Beləliklə günün sonunda BƏG üzrə çoxnövçülükdə balacalar arasında (2007-2009) qaliblər müəyyənləşib. BAG üzrə balacalar (2010), uşaqlar (2008-2009), yeniyetmələr (2005-2007), gənclər (2003-2004), böyüklər (2002-dən yuxarı) gimnastlar arasında ilk üç yerin sahibləri məlum olub.

Qeyd edək ki, yarışa dekabrın 10-da yekun vurulacaq.

Xəbər 642 dəfə oxundu.