Bakının “Lokomotiv” voleybol klubu Portuqaliyanın “Fonte Bastardo” komandasına qalib gəlib
Bakının kişi voleybolçulardan ibarət “Lokomotiv” komandası “Çağırış kuboku” turnirinin onaltıdabir final mərhələsinin ilk oyunları çərçivəsində Portuqaliyanın “Fonte Bastardo” komandası ilə qarşılaşıb.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan oyunda Bakı təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

Komandalar arasında cavab oyunu bir həftə sonra Portuqaliyada təşkil olunacaq.

Qeyd edək ki, ilk mərhələdə “Lokomotiv” Kiprin “Apoel” komandasını mübarizədən kənarlaşdırıb.

Xəbər 1294 dəfə oxundu.