“Qarabağ”ın qapıçısı Çempionlar Liqasının qrup mərhələsinin simvolik yığmasına daxil edilib
Azərbaycanın “Qarabağ” futbol komandasının qapıçısı İbrahim Şehiç Çempionlar Liqasının qrup mərhələsinin simvolik yığmasına daxil edilib.

Dünya liqalarında, əsasən, planetin aparıcı çempionatlarında, həmçinin beynəlxalq turnirlərdə futbolçuların və klubların statistik göstəriciləri üzrə ixtisaslaşan “Whoscored.com” portalı “Qarabağ”ın bosniyalı qapıçısına ötən mərhələ üçün 7,4 bal qiymət verib.

Bu portalın tərtib etdiyi simvolik yığmaya, həmçinin Con Stounz, Naço Fernandes, Dani Alves, Leven Kurzava, Filippe Koutinyo, Eden Azar, Məhəmməd Salah, Neymar, Harri Keyn və Kriştianu Ronaldunun adları salınıb.

Xəbər 1150 dəfə oxundu.