Gənclər və idman naziri Abşeronda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov dekabrın 11-də Abşeronda vətəndaşları qəbul edəcək. Qəbulda Abşeron, Sumqayıt, Xızı, Şamaxı, Qobustan şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Abşeron rayonu, 9-cu mikrarayon, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Xəbər 1147 dəfə oxundu.