Dmitro Qolovko “Neftçi”də fiziki hazırlıq üzrə məşqçi təyin olunub
“Neftçi” futbol klubuna fiziki hazırlıq üzrə məşqçi təyinatı olub.

Bu vəzifəni ukraynalı mütəxəssis Dmitro Qolovko yerinə yetirəcək. Otuz yeddi yaşlı məşqçi ilə mövsümün sonunadək müqavilə bağlanıb.

Dmitro Qolovko bunadək Ukraynanın "Dinamo” (Kiyev), “Krivbass”, “Karpatı”, “Volın”, “Çernomorets”, Rusiyanın “Volqa” klublarında və 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 milli komandasında çalışıb.

Xəbər 599 dəfə oxundu.