Rednik debüt oyununda 1 xal qazandı
Mirça Rednik yeni komandasında debüt edib. Rumıniyanın “Astra” klubuna baş məşqçi təyin olunan “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı dünən ilk oyununa çıxıb.

“Astra” “Qaz Metan”ın qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb. 24 oyunda 29 xal qazanan “Astra” 10-cu pillədə qərarlaşıb.

Xəbər 991 dəfə oxundu.