Balakəndə futzal turniri keçiriləcək | |
AFFA-nın təşkilatçılığı ilə dekabrın 9-10-da Balakən Olimpiya İdman Kompleksində 2006-2007-ci il təvəllüdlü uşaqlardan ibarət komandalar arasında futzal turniri təşkil olunacaq. AFFA-dan bildiriblər ki, turnirin keçirilməsində məqsəd şagirdlərin sağlam həyat tərzinə həvəsləndirilməsi, futbolun kütləviliyinin təmin olunması, idmanın bu növünə marağın artırılmasıdır. Turnirdə oğlanlarla yanaşı, qızlardan ibarət komandalar da iştirak edəcək. |
|
Xəbər 633 dəfə oxundu. |
|
|