UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol üzrə klublar səviyyəsində Avropanın ikinci turniri olan UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə başa çatıb.

12 qrupda aparılan mübarizədən sonra onaltıdabir final mərhələsində çıxış edəcək 32 komandadan 24-ü müəyyənləşib. Digər səkkiz komanda isə UEFA Çempionlar Liqasının qrup mərhələsində qruplarda üçüncü yeri tutan klublardır.

UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda aşağıdakı nəticələr qeydə alınıb:

“A” qrupu

“Slavia Praqa” (Çexiya) – “Astana” (Qazaxıstan) – 0:1

“Vilyarreal” (İspaniya) – “Makkabi Tel-Aviv” (İsrail) – 0:1

“B” qrupu

“Yanq Boys” (İsveçrə) – “Skenderbeu” (Albaniya) – 2:1

“Dinamo Kiyev” (Ukrayna) – “Partizan” (Serbiya) – 4:1

“C” qrupu

“İstanbul Başakşəhər” – “Braqa” (Portuqaliya) – 2:1

“Hoffenheym” (Almaniya) – “Ludoqorets” (Bolqarıstan) – 1:1

“D” qrupu

“Riyeka” (Xorvatiya) – “Milan” (İtaliya) – 2:0

“Avstriya Vyana” – “AEK” (Yunanıstan) – 0:0

“E” qrupu

“Apollon” (Kipr) – “Everton” (İngiltərə) – 0:3

“Atalanta” (İtaliya) – “Lion” (Fransa) – 1:0

“F” qrupu

“Kopenhagen” (Danimarka) – “Şerif” (Moldova) – 2:0

“Zlin” (Çexiya) – “Lokomotiv Moskva” (Rusiya) – 0:2

“G” qrupu

“Styaua Buxarest” (Rumıniya) – “Luqano” (İsveçrə) – 1:2

“Beer-Şeva” (İsrail) – “Viktoriya Plzen” (Çexiya) – 0:2

“H” qrupu

“Arsenal” (İngiltərə) – “BATE” (Belarus) – 6:0

“Srvena Zvezda” (Serbiya) – “Köln” (Almaniya) – 1:0

“I” qrupu

“Vitoriya Qimaraeş” (Portuqaliya) – “Konyaspor” (Türkiyə) – 1:1

“Marsel” (Fransa) – “Zalsburq” (Avstriya) – 0:0

“J” qrupu

“Herta” (Almaniya) – “Östersund” (İsveç) – 1:1

“Zorya” (Ukrayna) – “Atletik Bilbao” (İspaniya) – 0:2

“K” qrupu

“Vitesse” (Hollandiya) – “Nitsa” (Fransa) – 1:0

“Zulte Varegem” (Belçika) – “Latsio” (İtaliya) – 3:2

“L” qrupu

“Real Sosiedad” (İspaniya) – “Zenit” (Rusiya) – 1:3

“Vardar” (Makedoniya) – “Rusenborq” (Norveç) – 1:1

Beləliklə, qrup mərhələsinin yekununda “Vilyarreal”, “Astana”, “Dinamo Kiyev”, “Partizan”, “Braqa”, “Ludoqorets”, “Milan”, “AEK”, “Atalanta”, “Lion”, “Lokomotiv Moskva”, “Kopenhagen”, “Viktoriya Plzen”, “Styaua Buxarest”, “Arsenal”, “Srvena Zvezda”, “Zalsburq”, “Marsel”, “Atletik Bilbao”, “Östersund”, “Latsio”, “Nitsa”, “Zenit” və “Real Sosiedad” komandaları onaltıdabir finala yüksəliblər.

UEFA Çempionlar Liqasından bu turnirdə iştirak edəcək komandalar isə “MOİK” (Rusiya), “Seltik” (Şotlandiya), “Atletiko Madrid” (İspaniya), “Sportinq” (Portuqaliya), “Spartak” (Rusiya), “Napoli” (İtaliya), “Leypsiq” və “Borussiya Dortmund” (Almaniya) klublarıdır.

UEFA Çempionlar Liqasının səkkizdəbir və Avropa Liqasının onaltıdabir final mərhələsinin püşkü dekabrın 11-də atılacaq.

Xəbər 975 dəfə oxundu.