Həbsdən çıxan məşhur bokçumuz Almaniya klubuyla müqavilə bağladı
Yeddi illik həbs cəzası çəkdikdən sonra bu ilin yanvarında azadlığa çıxan Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yenidən idmana qayıdıb.
Bu günlərdə Almaniyanın “LBN Boxpromotion” şirkətiylə iki illik müqaviləyə imza atan Məmmədov artıq məşqlərə start verib. May ayında Fariz Məmmədovun Almaniyada bir döyüşü də nəzərdə tutulub.

Xatırladaq ki, Məmmədov 2004-cü ildə iki dəfə qitələrarası çempion adını qazanıb. 2005-ci ilin yanvarında həbs olunan idmançı bu ilin yanvarında azadlığa buraxılıb.


Xəbər 1285 dəfə oxundu.