“Roma” klubu Dieqo Perotti ilə müqaviləni yeniləyib
“Roma” futbol klubu yarımmüdafiəçisi Dieqo Perotti ilə müqaviləni yeniləyib.

29 yaşlı xavbek ilə yeni müqavilə 2021-ci ilədək nəzərdə tutulub.

Argentinalı futbolçu “Roma”ya 2015-2016-cı il mövsümündə “Cenoa”dan keçib.

Yarımmüdafiəçi “Roma” klubunun heyətində 78 oyun keçirib və 17 qol vurub.

Qeyd edək ki, Dieqo Perotti UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ” ilə oyunda qələbə qolunun müəllifi olub.

Xəbər 1026 dəfə oxundu.