Balakəndə məktəblilər arasında futzal turniri keçiriləcək
Dekabrın 9-10-da AFFA-nın təşkilatçılığı ilə Balakən Olimpiya İdman Kompleksində 2006-2007-ci il təvəllüdlü uşaqlardan ibarət komandalar arasında futzal turniri təşkil olunacaq.

Turnirdə oğlanlarla yanaşı, qızlardan da təşkil olunmuş komandalar iştirak edəcək.

Turnirin keçirilməsində əsas məqsəd orta məktəb şagirdlərinin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin təmin olunması, futbola marağın artırılmasıdır.


Xəbər 744 dəfə oxundu.