“PSJ” Çempionlar Liqasında göstərdiyi rekord nəticəni qrup mərhələsində də təkrarlayıb
“PSJ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Bavariya”nın qapısına bir qol vurub (1:3, ikinci hissə).

Parislilər bir turnir mövsümü ərzində 25-ci qol vuraraq özlərinin turnir rekordunu təkrarlayıblar.

Qeyd edək ki, “PSJ”-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasında rəqib meydançasında dalbadal altıncı matçda qol vuraraq kataloniyalıların hücumçusu Lionel Messinin seriyasını təkrarlayıb.

İndiyə qədər daha davamlı seriyalara yalnız Filippo İndzaqi (7 matç) və Kriştianu Ronaldu (12 matç) nail olub.

Mbappe bir turnir ərzində 10 qol vurmuş ən gənc oyunçudur (18 yaş 11 ay). Bu nəticəyə nail olmaq üçün ona 15 matç kifayət edib.

Xəbər 753 dəfə oxundu.