Futbol üzrə U-19 və U-17 komandalarımızın rəqibləri müəyyənləşib
Azərbaycanın 19 və 17 yaşadək futbolçulardan ibarət komandalarının iştirak edəcəyi Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Azərbaycanın U-19 yığması Gürcüstan, İsrail və Lixtenşteyn yığmaları ilə birlikdə birinci qrupda yer alıb. Oyunlar 2018-ci il noyabrın 14-də, 17-də və 20-də Gürcüstanda keçiriləcək.

U-17 millisi isə Çexiya, Norveç və Albaniya ilə birgə VIII qrupda mübarizə aparacaq. Qarşılaşmalar gələn il oktyabrın 23-də, 26-da və 29-da Albaniyada oynanılacaq.

Xəbər 944 dəfə oxundu.