Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçirilir
Dekabrın 6-da Milli Gimmastika Arenasında akrobatika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi, tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı start götürüb.

Yarışların birinci günündə balacalar, uşaqlar, yeniyetmələr və böyüklər yaş kateqoriyalarına daxil olan akrobatlar, 7-8, 9-11 və 12-14 yaşlı aerobika gimnastları medallar uğrunda mübarizə aparırlar. Tamblinq cığırında isə balacalar və yeniyetmələr yaş kateqoriyalarına aid gimnastlar arasında ən yaxşılar müəyyənləşəcək.

Gimnastlar qarışıq cütlüklər, kişi qrupu, kişi cütlükləri, qadın qrupları və cütlükləri halında bacarıqlarını nümayiş etdirirlər.

Xəbər 1697 dəfə oxundu.