Futzal üzrə Azərbaycan millisi beynəlxalq turniri üçüncü pillədə başa vurub
İranın İsfahan şəhərində təşkil olunan “4 Top Nations” turnirində iştirak edən futzal üzrə Azərbaycan millisi sonuncu oyununu keçirib.

Qazaxıstanla qarşılaşan komandamız 3:3 hesablı heç-heçə edib.

Villiams Oliveira do Nascimentonun dubl etdiyi oyunda millimizin digər qolunu Karvalho dos Santos vurub.

Komandamız turniri 2 xalla üçüncü yerdə yekunlaşdırıb.

Xəbər 741 dəfə oxundu.