Yeniyetmə güləşçilərimiz Astanada keçirilən beynəlxalq turnirdə üç qızıl medal qazanıblar
Qazaxıstanın paytaxtı Astanada Əməkdar Məşqçi Axmetcan Kazımbetovun xatirəsinə həsr olunan yeniyetmə güləşçilər arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, turnirdə sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak ediblər.

Azərbaycan komandası ilə yanaşı, Özbəkistan, Qırğızıstan, Rusiya və Qazaxıstan pəhləvanlarının iştirak etdikləri turnirdə güləşçilərimiz üç qızıl medal qazanıblar. Əlihəsən Əmirli (45 kq), Elvin Dünyamalıoğlu (65 kq) və Fuad Mayılov (80 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Xəbər 620 dəfə oxundu.