“Sport Time” jurnalı “İlin yaxşıları”nı mükafatlandıracaq
“Sport Time” jurnalının “2017-ci ilin ən yaxşıları” nominasiyası qalibləri mükafatlandırılacaq.

Təqdimat dekabrın 7-si, saat 12-də “Sputnik” Beynəlxalq İnformasiya Agentliyində keçiriləcək. Tədbirdə nominasiyalar üzrə seçilmiş 20 qalibə diplom və mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, nominasiya qalibləri arasında idman ictimaiyyətinin tanınmış simaları, İdman Kompleksləri, gənclər və yeniyetmələr yer almaqdadır.

Xəbər 1076 dəfə oxundu.