Parataekvondo üzrə Azərbaycan yığması Dünya Oyunlarını üçüncü yerdə baş vurub
Portuqaliyada IWAS versiyası üzrə fiziki məhdudiyyətli idmançılar arasında keçirilən Dünya Oyunlarının taekvondo yarışları başa çatıb.

Oyunların sonuncu günündə qadınlar arasında mübarizəyə qoşulan Röyalə Fətəliyeva (49 kq, K44) bürünc medala sahib olub.

Beləliklə, Dünya Oyunlarında 12 idmançı ilə təmsil olunan parataekvondo üzrə milli komandamız aktivinə bir qızıl, bir gümüş və üç bürünc medal əlavə edib.

Xatırladaq ki, yarışların ilk günündə millinin kapitanı Nicat Müslümov iki kateqoriya üzrə döyüşlərə qatılıb. O, 75 kiloqram çəki dərəcəsində (K42) qızıl, 43 kateqoriyalı idmançıların yarışında gümüş medal əldə edib. Eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev və 75 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görülüblər.

Baş məşqçi Əvəz Tağıyevin və böyük məşqçi Yaşar Səfərovun yetirmələri komanda hesabında İran və Türkiyə komandalarından sonra üçüncü yerdə qərarlaşıblar.

Xəbər 1249 dəfə oxundu.