“Qəbələ” Azərbaycan Premyer Liqasında II dövrənin ən yaxşı klubu olub
Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.

Dövrənin 7 turunda keçirilən 28 qarşılaşmada 73 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub.

Yalnız bir heç-heçənin qeydə alındığı dövrənin ən yaxşısı “Qəbələ”dir. “Qarabağ”la eyni – 18 xal toplayan “qırmızı-qaralar” həm şəxsi oyun, həm top fərqində son 7 turda hamıdan öndə qərarlaşıblar.

“Qəbələ” 18 qolla məhsuldarlıqda, 3 top buraxan “Qarabağ” müdafiənin etibarlılığında fərqlənib. “Zirə” dövrənin 3-cüsü, “Neftçi” 4-cüsü olub. İkinci dövrədə keçirdiyi bütün oyunlarda uduzan “Keşlə” bu 7 matçda xal qazanmayan yeganə komandadır.

Qeyd edək ki, “Qarabağ” 16 xalla 6 oyun keçirdiyi I dövrənin qalibi olub.

Xəbər 37 dəfə oxundu.