Kamerun millisinin baş məşqçisi Uqo Bros istefaya göndərilib
Futbol üzrə Kamerun millisinin baş məşqçisi Uqo Bros istefaya göndərilib.

65 yaşlı belçikalı mütəxəssis ötən ilin fevralından Kamerun millisini çalışdırıb. Uqo Brosun rəhbərliyi altında Kamerun yığması cari ildə Afrika Millətlər Kubokuna sahib olub.

Qeyd edək ki, baş məşqçinin komandadan uzaqlaşdırılmasının səbəbi kimi Kamerun millisinin dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi göstərilir.

Xəbər 560 dəfə oxundu.