Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq siyahısındakı mövqeyini qoruyub
Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.

İranda keçirilən “4 Top Nations” turnirinin ilk iki turu Azərbaycan yığmasının xal hesabına təsir edib. Belə ki, İranla heç-heçə edən (3:3) və Rusiyaya (3:4) uduzan komandamız iki oyunun nəticəsinə görə, hesabına 10 xal yazdırıb. Bu turnirədək əmsalı 1445-ə bərabər olan komandamız hazırda 1455 xala malikdir. Millimiz hesabındakı xalların sayını artırsa da, mövqeyi dəyişməyib. Yığmamız reytinq cədvəlində 10-cu pillədə qərarlaşıb.

Reytinq cədvəlinə 1931 xalla Braziliya millisi başçılıq edir. İspaniya 1878 xalla ikinci, Rusiya isə 1752 xalla üçüncü pillədə yer alıb.


Xəbər 775 dəfə oxundu.