Tələbələr arasında voleybol yarışlarının qalibləri məlum olub
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında XIII Respublika Spartakiadası davam edir.

Spartakiadanın təqvim planına idmanın 6 növü - atletika, şahmat, dama, voleybol, basketbol və stolüstü tennis daxildir.

Voleybol üzrə yarışlar Azərbaycan Dənizçilik Kollecinin idman zalında keçirilib.

Qızların yarışında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin kollektivi tutub. Bakı Rabitə və Nəqliyyat Kollecinin tələbələri ikinci, Bakı 2 nömrəli Baza Tibb Kollecinin yetirmələri isə üçüncü olublar.

Gərgin idman mübarizəsi şəraitində keçən oğlanların yarışında fəxri kürsünün ən yüksək pilləsinə Bakı Rabitə və Nəqliyyat Kollecinin komandası qalxıb. Gümüş medalla Azərbaycan Dənizçilik Kollecinin təmsilçiləri, bürünc mükafatla isə Bakı 2 nömrəli Baza Tibb Kollecinin tələbələri təltif olunublar.

Xəbər 1021 dəfə oxundu.