Futtennis üzrə ilk Azərbaycan Super Liqasının püşkatma mərasimi keçirilib
Azərbaycan Futnet Federasiyasının inzibati binasında qurum rəsmiləri və klub nümayəndələrinin iştirakı ilə futtennis üzrə ilk Azərbaycan Super Liqasının püşkatma mərasimi keçirilib.

Federasiyanın birinci vitse-prezidenti Samir Məmmədov tədbiri açıq elan etdikdən sonra, klub rəsmiləri çempionatın reqlamenti ilə tanış olaraq, onları maraqlandıran suallara cavab tapıblar. Qonaqlara Super Liqanın rəsmi loqotipi də nümayiş etdirilib.

12 klubun mübarizə aparacağı birinci ölkə çempionatına dekabrın 12-də start veriləcək. Komandalar A və B qruplarında mübarizə aparacaq. İlk turda A qrupunun qarşılaşmaları oynanacaq. B qrupunda ilk turun matçları dekabrın 14-ə keçirələcək. Super Liqanın bütün görüşləri "Marafon" İdman Klubunun idman zalında baş tutacaq. Hər qrupda ən çox xal toplayan 4 komanda çempionatın 1/4 final mərhələsinə yüksələcək. Bu mərhələdən etibarən komandalar olimpiya sistemi üzrə birincilik uğrunda mübarizəni davam etdirəcək.

Qeyd edək ki, toplantıdan sonra klub rəsmiləri idman zalında oyun qaydaları ilə yaxından tanış olublar.

Futtennis üzrə Azərbaycan Super Liqası
Birinci tur
(A qrupu)

12 dekabr, saat 15:00

Xilə-Yeni Günəşli
Atletiko Bakı-Marafon
Yasamal-Nur

(B qrupu)
14 dekabr, saat 15:00


Şuşa-2017-Veteranlar
Xəmsəfan Gəncə-Neftçi
Meqa-Zülfüqar

Xəbər 1007 dəfə oxundu.