Futzal üzrə Azərbaycan millisi “4 Top Nations” turnirində növbəti oyununu keçirib
İranın İsfahan şəhərində təşkil olunan “4 Top Nations” turnirində iştirak edən futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Rusiya yığması ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub.

Yığmamızın heyətində Kardosa Everton, Karvalho dos Santos və Villiams Oliveira do Nascimento fərqləniblər.

Hesabında 1 xal olan millimiz növbəti oyununu dekabrın 6-da Qazaxıstan yığmasına qarşı keçirəcək.

Xəbər 899 dəfə oxundu.