“Sevilya”nın yarımmüdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər
“Sevilya” futbol klubunun yarımmüdafiəçisi Stiven Nzonzi karyerasını İngiltərədə davam etdirə bilər.

Fransalı futbolçu “Everton” klubunun maraq dairəsinə düşüb. İngiltərə təmsilçisi futbolçuya görə, 28 milyon avro ödəməyə hazırdır.

Futbolçunun “Everton”a keçidi qışda reallaşa bilər.

Qeyd edək ki, 2009-cu ildə “Everton”un hazırkı baş məşqçisi Sem Ellardays Nzonzini “Blekbern”ə dəvət edib.

AZƏRTAC

Xəbər 571 dəfə oxundu.