Stolüstü tennisçilərimiz İran Liqa çempionatında iştirak edəcəklər
Mayda ölkəmizin ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Türkiyə, İran və Azərbaycan Stolüstü Tennis federasiyaları arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

Memorandumda müxtəlif tədbirlərlə yanaşı, liqa çempionatlarında qarşılıqlı iştirak da öz əksini tapıb.

“Qarabağ NN” stolüstü tennis klubunun dörd idmançısı məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 6-da Liqa çempionatında iştirak etmək üçün İrana yollanacaq.

Xəbər 1064 dəfə oxundu.