İdmançılarımız döyüş sənəti üzrə dünya çempionatında 13 medal qazanıb
Azərbaycan idmançıları Ukraynanın Xarkov şəhərində döyüş sənəti üzrə dünya çempionatında iştirak ediblər.

Azərbaycan Şaolin və Döyüş Sənətləri Federasiyasından (AŞDSF) bildirilib ki, 28 ölkədən 950 idmançının iştirak etdiyi mundialda ölkəmiz 18 idmançı ilə təmsil olunub.

Şaolin yarışlarında Firiddun Həsənov (80kq), Xəzər Əliyev (55kq), Tofiq Dadaşov (70kq), Pərviz Qəribov (75 kq, hamısı light sanda versiyası üzrə), Fərhad Poladov (70kq), Orxan Bəylərov (65 kq, hər ikisi full sanda) və İlqar Nəcəfli (90 kq-dan yuxarı, prof sanda) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ariz Rüstəmov (80kq), Elvin Əhmədli (85kq, hər ikisi full sanda), Səccat Rəhimli (25kq), Nihat Əzimzadə (30kq), Emil Mirzəliyev (85kq, hamısı light sanda) və Orxan Həmzəyev (75kq, prof sanda) çempionatın gümüş medalını qazanıblar.

Qeyd edək ki, Azərbaycan yığma komandası turnirdə AŞDSF-nin prezidenti Rafiq Əliyev, peşəkar döyüşlər üzrə baş məşqçi Ruhi Hüseynov və sanda üzrə yığma komandanın çalışdırıcısı Babək Əliyevin rəhbərliyi altında mübarizə aparıb.


Xəbər 544 dəfə oxundu.