“Zirə” klubu Premyer Liqada növbəti qələbəsini qazanıb
Dekabrın 3-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində növbəti oyun keçirilib.

“Səbail” klubu öz meydanında “Zirə” kollektivini qəbul edib.

Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1. “Zirə”nin futbolçusu Nağıyev matçın 39-cu dəqiqəsində komandasına qələbə qazandıran qolu vurub.

Bu qələbə ilə “Zirə” klubu hesabındakı xallarının sayını 30-a çatdırıb və üçüncü yerdəki mövqeyini möhkəmləndirib.

Turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. “Qəbələ” 31 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinin autsayderi olan “Kəpəz”in isə cəmi 7 xalı var.

Xəbər 968 dəfə oxundu.