Yeni formatda klublararası dünya çempionatı 2021-ci ildə Çində keçirilə bilər
FIFA əvvəlki kimi Konfederasiyalar Kuboku yarışlarını ləğv etmək, əvəzində isə 2021-ci ildən başlayaraq yeni formatda klublararası dünya çempionatını keçirmək fikrindədir.

Turniri hər dörd ildən bir yayda, dünya çempionatına bir il qalmış ev sahibi olan ölkə tərəfindən keçirilməsi təklif olunur.

Bununla yanaşı, 2021-ci ilin klublararası dünya çempionatının Qətərdə deyil, Çində olacağı gözlənilir. Qətərdə isə 2022-ci ildə dünya çempionatı keçiriləcək.

Xəbər 1020 dəfə oxundu.