Azərbaycanlı hakim CEV-dən növbəti təyinat alıb
Azərbaycanlı hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıb.

E.Zülfüqarov Çempionlar Liqasının birinci turunda iş başında olacaq.

Həmyerlimiz Novosibirskdə kişi voleybolçular arasında keçiriləcək “Lokomotiv” – “Dinamo” (hər ikisi Rusiya) matçında ikinci hakim olacaq. O, dekabrın 7-də keçiriləcək görüşdə belaruslu Yuri Bakunoviçə kömək edəcək.

Xəbər 1052 dəfə oxundu.