“İqtisadçı” CEV çempionuna uduzubmuş
Qadın arasında CEV kubokunun qalibi müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, bu yarışda qitənin ən güclüsü adına İtaliya “Yamamay”ının voleybolçuları klubu layiq görülüblər.

Onlar Türkiyənin “Qalatasaray” komandasına səfərdə 3:1 hesabı ilə uduzsalar da, evdə bunun əvəzini çıxıblar – 3:1 (25:19, 26:13, 23:25, 25:23). Ardınca, “Yamamay” “qızıl set”də də “sarı-qırmızılar”a 15:9 hesabı ilə qalib gələrək, CEV kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, bu yarışda mübarizə aparan Bakının “İqtisadçı” klubunu məhz “Yamamay” 1/8 finalda mübarizədən kənarlaşdırmışdı.

Xəbər 1115 dəfə oxundu.