Daniel Rikkardo: Bakı treki Formula-1 çempionatının ən ecazkar trasıdır
Yenidən Bakıda olmaqdan məmnunam. Hazırda Bakıda hava soyuq olsa da, burada çox isti qarşılandım.

Bu sözləri Formula-1 üzrə dünya çempionatının bu ilin iyununda Bakıda keçirilən Azərbaycan Qran-Prisinin qalibi, “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında deyib.

Azərbaycan paytaxtının gözəl olduğunu və Bakı trekini çox sevdiyini vurğulayan avstraliyalı pilot deyib: “Bakı trasında hərəkət çox çətindir. Çünki yollar duz deyil. Əgər bir yerdə səhvə yol versən, bu, böyük uğursuzluqla nəticələnə bilər. Riski sevirəm. Burada sürəti anidən aşağı salmaq və yenidən artırmaq lazımdır. Bu baxımdan Bakı trasını çox bəyənirəm. Burada təkərlər yanmır. Bu da Bakı trekinin üstün cəhətlərindən biridir. Ona görə də sayıqlığı itirməməlisən”.

Pilot çempionat ərzində ən ecazkar trasın Bakı treki olduğunu deyib: “Mən Bakıda, Azərbaycan Qran-Prisində qalib olmuşam. Burada heç bir dəyişikliyin olmasını istəmirəm. Bakı şəhər halqası əla vəziyyətdədir”.

Xəbər 1137 dəfə oxundu.