Klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib
Dekabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək futbol üzrə klublararası dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.

Çempionatın sonuncu iştirakçısı Cənubi Amerika kuboku turnirinin (Copa Libertadores) finalında Argentinanın “Lanus” klubuna qalib gələn “Qremio” (Braziliya) komandası olub.

Beləliklə, klublararası dünya çempionatında “Real Madrid” (İspaniya), “Qremio” (Braziliya), “Urava Red Daymonds” (Yaponiya), “Vidad” (Mərakeş), “Paçuka” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya), “Əl-Cəzirə” (BƏƏ) komandaları mübarizə aparacaqlar.

Dekabrın 6-da start götürəcək çempionatın yarımfinal matçları dekabrın 12-13-də, üçüncü yer uğrunda görüş və final qarşılaşması isə dekabrın 16-da keçiriləcək.

Xəbər 932 dəfə oxundu.