Çellenc kubokunun final mərhələsinin qəhrəmanı müəyyənləşib
Qadın voleybolçular arasında Çellenc kubokunun final mərhələsinin qəhrəmanı müəyyənləşib. “Bakı”nın 3:2 hesabı ilə “Lokomotiv”ə qalib gəldiyi cavab oyununun qəhrəmanı Nansi Metkalf olub.

O, “dəmiryolçular”ın “qızıl set”i qazanaraq, çempion olmasına böyük töhfə verib. Amerikalı voleybolçu “lotereya”da 5 dəqiq zərbə ilə bütün rəqiblərini qabaqlayıb.

“Bakı”da isə Rafaella Kalloni daha sərrast olsa da, o, Nansidən 2 xal az yığıb.

Xəbər 934 dəfə oxundu.