Ukraynada azərbaycanlı gənclər futbol turnirində üçüncü yeri tutublar
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) komandası Kiyevdə keçirilən müsəlman ölkələrin futbol yarışmasında üçüncü yeri tutub.

İsmayıl Qaspralı adına kubok uğrunda Azərbaycan, Türkiyə, Özbəkistan, Krım tatarları və ərəb ölkələrindən 6 komanda yarışıb.

Turnirdə Krım tatarlarının “Dolomit” və “Ədalət” komandaları birinci və ikinci, Azərbaycanı təmsil edən UAGB isə üçüncü yerə çıxıb.

Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Xəbər 927 dəfə oxundu.