Unibank Premyer Liqasında XXVI tura yekun vurulacaq
Bu gün Premyer Liqada XXVI tura yekun vurulacaq. Turnir cədvəlində qonşu olan “Kəpəz”lə “Rəvan” turun son matçının iştirakçısı olacaq.

“Rəvan” Premyer Liqada debüt oyununu keçirdiyi Gəncədə yenidən meydana çıxacaq. Komanda hazırkı baş məşqçisi Bəhmən Həsənovun rəhbərliyi altında “Kəpəz”lə səfər matçında hesabda 2:1 irəlidə olsa da, sonda estoniyalı qapıçısı Artur Kotenkonun kobud səhvləri nəticəsində uduzmuşdu. Həmin matçdan az sonra legionerini kənarlaşdıran debütant rəqibinə ilk dəfə qalib gəlməyə çalışacaq. Belə ki, “Kəpəz” “Rəvan”a onun meydanında qalib gəlmişdi. Maraqlıdır ki, gəncəlilər rəqibi ilə 3-cü oyunda yenə fərqli baş məşqçinin rəhbərliyi altında meydana çıxacaq. İlk dəfə Mehman Allahverdiyev, ardından Mirbağır İsayev “Rəvan”a qarşısına çıxıb. İndi “Kəpəz” Fuad İsmayılovun rəhbərliyi altında meydana çıxacaq.

Xəbər 1063 dəfə oxundu.