Voleybolçularımız EEVZA çempionatında mübarizə aparıblar
On səkkiz yaşadək oğlanlar arasında Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) çempionatına yekun vurulub.

Minskdə keçirilən yarış Azərbaycan millisi üçün uğursuz olub.

Millimiz Belarus, Estoniya, Latviya və Ukrayna yığmaları ilə keçirdiyi oyunları 0:3 hesablı məğlubiyyətlə başa vurub və turniri dördüncü pillədə tamamlayıb.

Xəbər 1104 dəfə oxundu.