Azərbaycanlı MMA döyüşçüsü Zaur Hacıbabayevin parlaq qələbəsi
Rusiyada MMA üzrə “M-1 Challenge 86” qarışıq təkbətək döyüş növləri üzrə növbəti mötəbər yarış keçirilib.

Nazran şəhərində keçirilən turnirdə Azərbaycanı Avropa, Asiya çempionu, ikiqat dünya çempionu, Dünya Kubokunun qalibi Zaur Hacıbabayev təmsil edib. İdmançımız Rusiya təmsilçisi Nikolay Savilovla qarşılaşıb və inamlı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın ən titullu MMA döyüşçüsü Zaur Hacıbabayev zədə səbəbindən uzun müddət idmandan kənarda qalmışdı. Rusiyadakı yarış idmançının il yarımdan sonra qatıldığı ilk turnir olub.

Xəbər 2181 dəfə oxundu.