Həndbol üzrə “Azəryol”-“Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb
Noyabrın 25-də həndbol üzrə Azərbaycan çempionatında altıncı turun oyunları çərçivəsində növbəti qarşılaşmalar keçirilib.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, qadın həndbolçuların yarışında “İdman Akademiyası” kollektivi ilə üz-üzə gələn “Gənclərbirliyi” komandası matçdan 33:30 hesabı ilə qalib ayrılıb. “Azəryol”-“Qarabağ” görüşü isə gərgin idman mübarizəsi ilə yadda qalıb. Oyun 28:27 hesabı ilə “Azəryol” həndbolçularının xeyrinə başa çatıb.

Noyabrın 26-da kişilər arasında yarış çərçivəsində “Məhsul” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri ilə, “Təhsil” həndbolçuları isə “Bakı” kollektivi ilə qarşılaşacaq.

Xəbər 857 dəfə oxundu.