Bakıda alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışlarına start verilib
“Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku yarışlarına start verilib.

Yarış Gənclər və İdman Nazirliyi, Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi, Dünya və Azərbaycan Alpaqut federasiyaları tərəfindən təşkil edilir.

Dünya kubokunda Azərbaycan, Türkiyə, Almaniya, Qazaxıstan, Türkmənistan, İran, Qırğızıstan, Gürcüstan, Rusiya, Macarıstan, Nepal, Hindistan, Banqladeş Pakistan və Ukraynadan, ümumilikdə 300-dən çox idmançı birincilik uğrunda mübarizə aparır.

Yarışlar alpaqutun aypara, batur, caymaz və gureş versiyaları üzrə keçirilir.

Xəbər 668 dəfə oxundu.