Karate üzrə Azərbaycan çempionatında 300-dən çox idmançı mübarizə aparır
Noyabrın 24-də Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 18-ci respublika birinciliyi, böyüklər arasında isə 25-ci respublika çempionatı başlayıb.

Yarışın ilk günü bütün yaş qrupları üzrə kata çıxışları, ardınca 18-20 yaşlıların və 12-13 yaşlı idmançıların kumite görüşləri keçirilib.

Noyabrın 25-də 16-17 və 14-15 yaşlı karateçilər tatamiyə çıxacaqlar. Çempionatın sonuncu günü isə böyüklər arasında görüşlər olacaq.

Yarışın baş hakimi federasiyanın Hakimlər Komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevdir. Azərbaycan çempionatında ilk dəfədir ki, 12 yaşlı idmançılar da iştirak edirlər. Yarışa müxtəlif bölgələri təmsil edən 300-dən çox idmançı qatılıb.

Xəbər 1016 dəfə oxundu.